"Qarabağdakı torpaqlara qarşı ekoloji terror törədilib" - Nazir
Onun sözlərinə görə, Ali Baş Komandan işğal altında olan torpaqlarımızı təkcə azad etməyib, həm də, zülmdən qurtarıb, o torpaqlara böyük mərhəmət, lütf bəxş edib.
"Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb”.
Nazir əlavə edib ki, torpaqlarımızın azad edilməsindən sonra rəhbərlik etdiyi qurumun qarşısında bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, məhv edilmiş kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq, bu torpaqlara yeni həyat vermək vəzifəsi qoyub:
"Qarşımıza qoyulan vəzifələrin uğurla icrası üçün quruculuq işlərində ən müasir aqrar innovasiyalar tətbiq olunur. Bunu zəruri edən təkcə aqrar sahədə daha uğurlu nəticələr əldə etmək deyil. İnnovativ yeniliklər həm də qlobal iqlim dəyişikliyinin təbiətə, kənd təsərrüfatına mənfi təsirlərini minimuma endirməyə kömək edir".
AzVision.az