Azərbaycanlı investorlar BƏƏ-də

Azərbaycanlı investorlar BƏƏ-də
  23 Dekabr 2021    Oxunub:2154
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi investorlara təqdim edilən xidmətlərlə bağlı videokonfrans vasitəsilə təqdimat təşkil edib.
AzVision.az -a səfirlikdən verilən məlumata görə, həmin xidmətlər //www.investemirates.ae/ saytında yer alıb.

Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Abdalla Al Şamsi, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Şükürov və Dubay Ticarət Palatasının Bakı ofisinin direktoru Sənan Nəsibli iştirak ediblər.

Azərbaycandan olan investorlara Dubayla yanaşı, digər əmirliklərdə mövcud olan biznes fürsətləri, eləcə də saytdan istifadə qaydası, güzəştlər, qanunlar, BƏƏ-dəki investisiya mühütinə dair məlumat verilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: BƏƏ  





Xəbər lenti