Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı birgə təlimlərə başlanılıb

Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı birgə təlimlərə başlanılıb
  18 Dekabr 2021    Oxunub:737
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti baş idarəsi və Tədris Mərkəzi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı birgə təlimlərə başlayıb.
Dövlət Vergi Xidmətindən AzVision.az -a verilən məlumata görə, dekabrın 24-nə qədər davam etdirilməsi nəzərdə tutulan onlayn təlimlərin məqsədi vergi orqanı əməkdaşlarının vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılmasıdır.

Təlimlər vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizə, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin, sahibkarlıq subyektlərinin və bank-maliyyə sektorunun vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinin təşviqi, uçot siyasətinin təkmilləşdirilməsi və s. mövzuları əhatə edir.

AzVision.az


Teqlər: VergiMəcəlləsi  





Xəbər lenti