İlin ən yaxşı gənc futbolçusu seçildi

   İlin ən yaxşı gənc futbolçusu seçildi
  29 Noyabr 2021    Oxunub:1684
2021-ci ilin ən yaxşı gənc futbolçusu nominasiyası üzrə qalib müəyyənləşib.
AzVision.az -ın məlumatına görə,
Fransanın paytaxtı Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində “Kopa Trofi” mükafatına İspaniya "Barselona"sının yarımmüdafiəçisi Pedri layiq görülüb.

O, Meyson Qrinvud (“Mançester Yunayted”), Bukayo Saka (“Arsenal”), Ceremi Doku (“Renn”), Rayan Qravenberx (“Ayaks”), Camal Musiala (“Bavariya”), Florian Virts (“Bayer”), Cud Bellingem, Covanni Reyna (hər ikisi “Borussiya”, Dortmund) və Nuno Mendeşi (PSJ) qabaqlayıb.

AzVision.az


Teqlər: Futbolçu  





Xəbər lenti