AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
  29 Noyabr 2021    Oxunub:1182
Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
AzVision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər

AzVision.az


Teqlər:





Xəbər lenti