"İnter" "Şaxtyor"u üstələdi, "Beşiktaş" isə uduzdu

"İnter" "Şaxtyor"u üstələdi, "Beşiktaş" isə uduzdu
  24 Noyabr 2021    Oxunub:1154
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha bir neçə oyunu keçirilib.
AzVision.az xəbər verir ki, C qrupunda Türkiyə "Beşiktaş"ı pley-offa vəsiqəni ötən turda rəsmiləşdirmiş Niderland "Ayaks"ını qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu nəticədən sonra "Beşiktaş" 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offuna düşmək şansını itirib və avrokuboklarda mübarizəni dayandırıb. "Ayaks" isə qələbə sayəsində qrup liderliyini təmin edib.

D qrupunda İtaliya "İnter"i evdə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri hələlik liderliyə yüksəlib. Qrupun digər matçında İspaniya "Real Madrid"i Moldovada "Şerif"i üstələyərsə, həm özü, həm də Milan təmsilçisi 1/8 finala vəsiqə qazanacaq. Tiraspolda mümkün heç-heçə də "İnter"i pley-offa çıxaracaq. "Şaxtyor" isə bu məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti