Tərtər sakini qohumunu bıçaqlayaraq öldürdü

Tərtər sakini qohumunu bıçaqlayaraq öldürdü
  24 Noyabr 2021    Oxunub:765
Tərtər rayonunda qətl törədilib.
Rayon porkurorluğundan AzVision.az -a verilən məlumata görə, noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Tərtər   Qətl  





Xəbər lenti