Amnistiya beş xarici ölkənin vətəndaşına tətbiq olunub

 Amnistiya beş xarici ölkənin vətəndaşına tətbiq olunub
  24 Noyabr 2021    Oxunub:1194
"Bu günədək amnistiya beş xarici ölkənin vətəndaşlarına tətbiq olunub".
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

O bildirib ki, amnistiyanın tətbiq olunduğu məhkumların böyük əksəriyyətini az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər və islah işləri cəzasına məhkum edilmiş şəxslər təşkil edir:

"Onlar amnistiyanın tətbiq olunduğu məhkumların 78 faizini təşkil edir. Eləcə də azad edilmiş məhkumların hökmlərdəki əsas cəza növünün böyük əksəriyyətini, yəni 89 faizini müəyyən müddətə azadlıqdan məhrum etmə və islah işləri təşkil edir".

AzVision.az


Teqlər: Amnistiya  





Xəbər lenti