Şahmatçılarımız “Grand Swiss-2021”ə uğursuz başlayıblar

Şahmatçılarımız “Grand Swiss-2021”ə uğursuz başlayıblar
  27 Oktyabr 2021    Oxunub:821
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin birinci turunun oyunları keçirilib.
AzVision.az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən turnirin birinci turunda şahmatçılarımız Nicat Abasov Alireza Firuzcaya (Fransa), Vasif Durarbəyli Pərham Maqsudluya (İran), Rauf Məmmədov Nodirbek Yakoboyevə (Özbəkistan), Aydın Süleymanlı İvan Saricə (Xorvatiya) uduzublar.

On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

AzVision.az



Teqlər: Şahmat  





Xəbər lenti