Maradonanın anadan olduğu evə tarixi abidə statusu verilib

Maradonanın anadan olduğu evə tarixi abidə statusu verilib
  27 Oktyabr 2021    Oxunub:1290
Məşhur futbolçu Dieqo Maradonanın doğulduğu evə Argentinada tarixi abidə statusu verilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Alberto Fernandes müvafiq fərman imzalayıb.Sənəddə vurğulanıb ki, Buenos-Ayres əyalətinin Villa Fiorito qəsəbəsində yerləşən Dieqo Armando Maradonanın evi milli tarixi abidə kimi tanınsın.

Qeyd edək ki, Maradonanın 1960-cı il oktyabrın 30-da doğulduğu ev gecəqondular məhəlləsində yerləşir. Ev üç otaqlıdır, onun yanında isə Maradonanın ilk məşqinə başladığı futbol meydançası olub.

Dünyaca məşhur futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.

AzVision.az





Teqlər: Dieqo-Maradona  





Xəbər lenti