Azərbaycanlı hakim "A class" dərəcəsinə layiq görülüb

Azərbaycanlı hakim "A class" dərəcəsinə  layiq görülüb
  27 Oktyabr 2021    Oxunub:1715
Azərbaycanın kikboks üzrə hakimi Aydın Ağabəyov yeni uğura imza atıb.
Onun hakimlik dərəcəsi artırılıb. Azərbaycan Kikboksinq Federasiyasından AzVision.az -a verilən məlumata görə, hakimlər kollegiyasının sədri A.Ağabəyovun beynəlxalq hakimlik dərəcəsi "B class" dərəcəsindən "A class" dərəcəsinə artırılıb. Mütəxəssis buna İtaliyanın Jesolo şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı zamanı nail olub.
Qeyd edək ki, Aydın Ağabəyov ədaləti qoruyaraq 6 final döyüşü idarə edib.





AzVision.az



Teqlər: Hakim   Kikboks  





Xəbər lenti