Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
  26 Oktyabr 2021    Oxunub:1172
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
AMPK-dən AzVision.az -a bildiriblər ki, iclasda Afiq Süleymanov komitənin fəxri vitse-prezidenti seçilib. Eyni zamanda, məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiqlənib, həmçinin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.

Komitənin vitse-prezidenti İlham Zəkiyev nizam-intizam komissiyasının rəhbəri, baş katibi Kamal Məmmədov isə məşqçilər şurasının sədri təyin ediliblər. Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması AMPK-nin fəxri vitse-prezidenti A.Süleymanova tapşırılıb.

AzVision.az



Teqlər: AMPK  





Xəbər lenti