ABŞ-da Bolduinin öldürdüyü operatorun şərəfinə təqaüd təsis edildi

ABŞ-da Bolduinin öldürdüyü operatorun şərəfinə təqaüd təsis edildi
  23 Oktyabr 2021    Oxunub:1574
Amerika Film İnstitutu (AFI) Alek Bolduinin çəkiliş meydançasında güllələdiyi ukrayna əsilli operator Qalina Hatçinsin şərəfinə təqaüd təsis edib. Təqaüdü qadın kinematoqrafçılar alacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın "Deadline" xəbər saytı məlumat yayıb.

AFI həmçinin institutun saytında mərhumun yaxınlarına dair bir səhifə də yaradıb.
Hatçinsin dostu rejissor, ssenarist və prodüser Olqa Oparina isə "İnstagram"da mərhumun öz peşəsi üzrə 10 ildən çox çalışdığını yazaraq faciədən təsirləndiyini yazıb.

Xatırladaq ki, ABŞ-da "Rust" filminin çəkilişləri zamanı tapançadan süni şəkildə atəş açmağa çalışan məşhur aktyor Alek Bolduin operatoru öldürüb. O, həmçinin filmin rejissorunu da ölümcül yaralayıb. Güllə rejissor Coel Souzanın körpücük sümüyünü zədələyib. Ukrayna əsilli operator Qalina Hatçins isə təyyarə ilə "Albukerke" xəstəxanasına çatdırılsa da, vəfat edib. Santa-Fe şerifinin sözçüsü, ölümün aktyorun açdığı atəş nəticəsində baş verdiyini lakin ona qarşı hələlik ittiham irəli sürülmədiyini söyləyib. Çəkilişlər isə dayandırılıb. Hazırda əksər saytlar bir sıra suallar yaradan bu insidenti "Bolduin faciəsi" kimi təqdim edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təqaüd   ABŞ   Film  





Xəbər lenti