Şahmat üzrə xatirə turniri keçirilib

Şahmat üzrə xatirə turniri keçirilib
  16 Oktyabr 2021    Oxunub:1425
Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.
AzVision.az xəbər verir ki, məktəblilər arasında təşkil edilən klassik turnirdə 9 rayon və şəhərdən 100-dən çox şahmatçı mübarizə aparıb.

Oğlanların yarışında ilk üç yeri Cahandar Azadəliyev, Süleyman Süleymanlı və Kamal İsfəndiyarlı tutublar. Qızlar arasında isə Aysel Rəhimova, Xanım İsmayılova və Aysel Cəfərova fərqləniblər. On iki yaşadək şahmatçılar arasında isə Rüstəm Rüstəmov qalib gəlib.

AzVision.az



Teqlər: Şahmat  





Xəbər lenti