Şəhriyar Məmmədyarov erməni rəqibinə qalib gəldi

 Şəhriyar Məmmədyarov erməni rəqibinə qalib gəldi
  19 İyul 2021    Oxunub:1612
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
Azvision.az xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin cavab oyunları keçirilib. Belə ki, otuzikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyana qalib gələrək hesabı bərabərləşdirib. Şahmatçımız rəqibi ilə tay-brekdə mübarizə aparacaq.

Vasif Durarbəyli isə çexiyalı David Navaranı 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Yığmamızın digər üzvləri - Nicat Abasov rusiyalı Andrey Yesipenko, Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paetsə məğub olaraq yarışla vidalaşıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti