Qarabağda əsir düşən 25 nəfərdən xəbər var
Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.
Qeyd edək ki, 1 mart 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4014 nəfər təşkil edib. Onlardan 3254 nəfər hərbçi, 758 nəfər mülki şəxsdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.(Trend)