Erməni jurnalistdən sensasion etiraflar - VİDEO

 Erməni jurnalistdən sensasion etiraflar -  VİDEO
  11 İyun 2021    Oxunub:4366
Erməni jurnalist Roman Baqdasaryan işğal dövründə Qarabağa ayrılan pulların qondarma rəhbərlər tərəfindən mənimsənildiyini, kasıb ermənilərə yardım edilmədiyini bildirib.
Azvision.az -ın məlumatına görə, Baqdasaryan separatçı rejimin rəhbəri Arayik Arutyunyan və digərləri ilə bağlı ifşaedici fikirlər səsləndirib.



“Bir sirr açmaq istərdim. Rəhbərlik, məmurların özləri informasiyaları blogerlərdən, “Facebook”dan əldə edirlər. Biz informasiya mənbəyiyik. Arayik Arutyunyanın ətrafında olan və onu sevməyən insanlar var ki, mənə tez-tez gizli məlumatlar haqqında yazırlar. Hansılar ki, mən bunu bilirəm, amma rəhbərlik belə o məlumatları bilmir.

Məsələn, mən informasiyalar alıram ki, Hadrutda və digər yaşayış yerlərində evlərini itirən adamların çoxu orada 25 ildən çoxdur ki, yaşamayıb. Onlar çoxdan diaspor vasitəsilə milyarderə çevriliblər. Onların evindən ancaq fundament qalıb. Əgər sən Hadrutda uzaq bir kəndə getsən, başa düşərsən ki, mən nə haqqında danışıram. Yəni evlər artıq yer üzündən silinir, onlardan əsər-əlamət qalmayıb. Və bu adamlar hazırda Qarabağa qayıdıb saçını yolmurlar ki, bizim ikimərtəbəli evimiz olub, qoy Ermənistan bizə kompensasiya versin. Bu haqda xeyli məlumatlar əldə edirəm. “Artsax”ın “baş prokurorluğu” artıq 4-cü dəfədir bəyan edir ki, onlar Ağdərə, Əsgəran və Şuşada ölənlərlə bağlı cinayət işləri açıblar. Yəni biz hələ bütün meyitləri yığmamışıq, Qarabağda cinayət işləri aparırıq. Hər kəs Ermənistanın bu işlərə görə boğazından kəsib verdiyi pullardan oğurlamağa çalışır. Bu həqiqətlərə görə tənqid olunuram. Mənə belə gəlir ki, bizim bir nömrəli düşmənimiz daşnakların və provakatorların dediyi Türkiyə deyil, bizim pullarımızı oğurlayanlardır”.

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti