Bu gün Yel Çərşənbəsidir

Bu gün Yel Çərşənbəsidir
  11 Mart 2014    Oxunub:2009
Bu gün ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsidir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir.

Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnanca görə, bu çərşənbədə oyanan yel oyanmış suyu, odu hərəkətə gətirir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Bahar Azərbaycana martın 20-də 20.57-də daxil olacaq. Həmin gün bayram axşamı kimi qeyd ediləcək.


Teqlər:





Xəbər lenti