Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın Dutch Wheels (Daç Vilz) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılıb. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilib. Qeyd edilib ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var.
Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək.