Çində oxumaq şansı
Hazırda Çin ali məktəblərində 26 nəfər Azərbaycan vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb və digər ixtisaslar üzrə təhsil alır.
Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir il çin dili üzrə hazırlıq kursu keçməlidirlər.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları martın 27-ə kimi sənədlərin elektron surətini ([email protected]) ünvanına göndərməlidirlər.
Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibə aprelin 2, 3 və 4-də Təhsil Nazirliyində keçiriləcək.
Teqlər: