Bakı metrosunda həyəcanlı anlar
Bu isə metropoliten əməkdaşlarının həyəcanına səbəb olub və onlar 25-27 yaşlarında olan gənci birtəhər fikrindən daşındırmağa çalışıblar.
Gəncin yüksək gərginlikli elektrik cərəyanı olan dəmiryol xəttinin üstünə düşməkdə təkidli olduğunu görən bələdçilər daxili rabitə vasitəsilə metro polisinə məlumat veriblər. Az sonra hadisə yerinə gələn polis məsələni araşdırmaq üçün gənci bölməyə aparıb. Elə həmin anda növbəti qatar stansiyaya gəlib çatıb.
Xanım bələdçinin dediyinə görə, bu kimi hadisələr son günlər xeyli çoxalıb: “Adamlar çox laqeyd olub. Elə bir neçə gün əvvəl bir tələbə qatarın altına düşməsi nəticəsində qolunu itirdi. Belə getsə, platforma ilə dəmiryol xətti arasına hasar çəkmək lazım gələcək”.
Qeyd edək ki, bölməyə aparılan gəncin və onun telefonunun sonrakı taleyi barədə məlumat yoxdur.
Teqlər: