Güləşçilərimiz Mahaçqalada hazırlaşır

Güləşçilərimiz Mahaçqalada hazırlaşır
  25 May 2021    Oxunub:1126
Azərbaycanın sərbəst güləş üzrə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir.
Federasiyadan Azvision.az -a verilən məlumata görə, yığma mayın 17-dən baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahaçqalada təlim-məşq toplanışı keçir. Dağıstanda yerli güləşçilərlə birgə təşkil olunan hazırlıq prosesində Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) iştirak edir. Təlimlər həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə çalışmaları əhatə edir.

Komanda 8 - 13 iyunda Polşanın paytaxtı Varşavada keçiriləcək "Poland Open" turnirinin startınadək Mahaçqalada məşqləri davam etdirəcək. Daha sonra isə reytinq turnirində iştirak etmək üçün sözügedən ölkəyə yollanacaq.

Qeyd edək ki, həmin yarışda Azərbaycanı təmsil edəcək yunan-Roma və qadın güləşçilər də ölkə xaricindədir. Qadınlar mayın 24-də Bolqarıstanda yerli komandayla birgə təlim-məşq toplanışına başlayıbsa, klassik güləşin nümayəndələri sabahdan Macarıstanda hazırlıq prosesinə start verəcək.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti