ANAMA son bir həftədə 87 mina aşkarlayıb

  17 May 2021    Oxunub :1183
 ANAMA son bir həftədə 87 mina aşkarlayıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan Azvision.az -a bildirilib ki, mayın 10-dan 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 395 186 m² (139.5 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



Azvision.az

Teqlər: Mina   ANAMA