ABŞ səfiri: Şuşada olmaqdan xoşbəxtəm - VİDEO
"Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu gün Şuşadan başqa, mən hökumət nümayəndələri ilə görüşmək, şəhəri görmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə də səfər edəcəyəm. Nə qədər ki, bizim Azərbaycanda işləmək istəyən tərəfdaşlarımız var, Birləşmiş Ştatlar bu ölkənin iqtisadi inkişafı və insanların rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək".
Qeyd edək ki, səfir Mark Libbi xanımı Danusia Libbi ilə birlikdə bu gün Şuşaya gedib.
AzVision.az
Teqlər: