Muzeylərin xarici ölkələrdən olan ziyarətçiləri arasında başlıca yerləri Rusiya, Çin və Hindistan vətəndaşları alıb. İçərişəhərin UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız Qalası və Şirvanşahlar Sarayı, o cümlədən Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən olmuşdur.
Qala Qoruğunda isə qonaqlar, yalnız Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olmaqla kifayətlənməyib, burada fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və Qurama sərgisinə də maraq göstəriblər.
AzVision.az