"Əslində, nə "Hizbullah" Qəzza zolağında müharibəni bitirmək, nə də İsrail bu terror təşkilatının kökünü kəsmək məqsədinə çatdı. Hərçənd İsrail çox sayda terrorçunu, o cümlədən qruplaşmanın rəhbər şəxslərini aradan götürdü. "Hizbullah" isə İsrailin Livanda quru əməliyyatında isə bu ölkənin təqribən 60 əsgərini öldürüb", - professor söyləyib.
Onun sözlərinə görə, İsrail və "Hizbullah" arasında dünən qüvvəyə minən atəşkəs ABŞ-nin təzyiqi nəticəsində baş tutub.

(Qətər Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Həsən Bərari)
"Prezident Co Baydenin yardımı dayandırması fonunda İsrail Hərbi Hava Qüvvələrinin sursat və təchizat baxımından çətinliklərlə üzləşməsi bu ehtimalı açıq-aydın təsdiqləyir. Üstəlik, Vaşinqton başa düşür ki, Livanın İsrail kimi bu, ya digər ərazi iddiası yoxdur", - Bərari bildirib.
Professor diqqətə çatdırıb ki, atəşkəsin davamlılığı Qəzzadakı müharibənin qurtarıb-qurtarmamasından asılıdır:
"Halbuki İsrailin Baş naziri Benyamin Netanyahunun daxili vəziyyətdə narahatlıqlarına görə müharibə, çətin ki, tezliklə qurtarsın".
![]() |
Hokşteyn: "Livan işğalla barışası deyil" - VİDEO |
Xatırladaq ki, ötən gün axşam saatlarında İsrail və Livan "Hizbullah"ı arasında razılaşdırılan atəşkəs yerli vaxtla dünən səhər saat 04:00-da qüvvəyə minib. Livanın milli müdafiə naziri Moris Səlim "ölkənin suverenliyinin mühafizəsi məqsədilə İsraillə sərhədə 10 min əsgərdən ibarət qoşun göndəriləcəyini" bildirib.
Firudin Həmidli
AzVision.az