COP29-da əldə olunan razılaşma Britaniyanın maraqlarına tam cavab verir

   COP29-da əldə olunan razılaşma Britaniyanın maraqlarına tam cavab verir
  27 Noyabr 2024    Oxunub:818
Bu sözləri Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband Britaniya parlamentində çıxışı zamanı deyib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Parlamentin İcmalar Palatasında COP29-a həsr olunmuş dinləmə zamanı tədbirin yekunları və qəbul olunan qərarlar barədə danışan və həmkarlarının suallarını cavablandıran nazir Bakıda əldə olunan razılaşmanın yeni qlobal mənzərə yaratdığını bildirib. Ed Miliband razılaşmaya əsasən maliyyə hədəfinə ənənəvi donorlarla yanaşı, yeni tərəflərin də töhfə verəcəyi perspektivinin ədalətli və düzgün yanaşma olduğunu söyləyib.

COP29-da karbon marketləri barədə əldə olunan razılaşmanın da vacibliyinə diqqət çəkən britaniyalı nazir 200-ə yaxın dövlətin mövqeyinin bir araya gətirilməsinin çətinliklərinə baxmayaraq, çoxtərəfliliyin əhəmiyyətinə toxunub, bunun yeganə yol olduğunu deyib.

Dinləmədə iştirak edən digər britaniyalı deputatlar da COP29-da əldə olunan razılaşmanı alqışladıqlarını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti