İcma Yunanıstana çağırış edib

   İcma Yunanıstana çağırış edib
  28 Noyabr 2024    Oxunub:829
Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Vurğulanıb ki, mətbuatda Yunanıstan tərəfindən Ermənistana müasir silah sistemlərinin verilməsi ilə bağlı xəbərlər yayılıb:

"Bütün bunlar regiondankənar aktorların Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək siyasətinin tərkib hissəsidir".

Qeyd olunub ki, Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarımızdan didərgin salmış, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, hələ də Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını davam etdirən təcavüzkar bir ölkənin silahlandırılması yolverilməzdir:

"Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır".

AzVision.az


Teqlər:





Xəbər lenti