Elm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Elm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
  27 Noyabr 2024    Oxunub:304
Ölkəmizdə peyk təsvirlərindən istifadənin təşviqinə dair növbəti dəfə “Yer səthinin məsafədən müşahidəsi üzrə elm müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib.
Bu elm müsabiqəsi Azərkosmos tərəfindən artıq 8-ci dəfədir ki keçirilir. Müsabiqənin əsas məqsədi peyk təsvirlərinin və xüsusilə Azersky peykinin arxiv təsvirlərinin istifadəsini əlçatan etmək, ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir.
Bu ilki müsabiqəyə 382 müraciət daxil olmuş, onlardan 255 mövzu təsdiq edilmiş və həmin mövzular əsasında 78 layihə təqdim olunmuşdur.

Bu layihələr arasından 52 layihə müsabiqə meyarlarına cavab verərək finala keçmişdir. Müsabiqənin qiymətləndirilməsi zamanı iştirakçıların layihələrinin müxtəlif meyarlara uyğunluğu diqqətlə nəzərə alınmışdır. Bu meyarlar arasında iqlim dəyişikliklərinə qarşı mübarizə, elmi-tədqiqat yönümlülük, innovativlik və kommersiya yönümlülüyü, yəni layihə nəticələrinin real həllərə çevrilmə imkanı kimi vacib meyarlar ön planda olub.

Bu ilki müsabiqənin layihə mövzuları qlobal əhəmiyyət kəsb edən iqlim dəyişikliyinə qarşı mübarizədə kosmik həllərin tətbiqi ilə uyğunluq təşkil etmişdir. Müsabiqənin bu mövzu ilə harmoniya yaratması məqsədilə müraciət edilmiş layihələr arasında kosmik texnologiyalar vasitəsilə iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə mövzuları əsas götürülmüşdür.

Həmçinin, gənclərin elmi fəaliyyətinin stumullaşdırılması məqsədilə qaliblər arasında gənc təqdiqatçıların layihələrinə üstünlük verilmişdir.

Layihələr Azərkosmosun Coğrafi İnformasiya Sistemləri Mərkəzinin əməkdaşları və müstəqil ekspertlər tərəfindən qiymətləndirilmişdir.

Qaliblərin mövzular üzrə siyahısını diqqətinizə çatdırırıq:

• 1-ci yerin qalibi - Aqro-iqlim zonalarının müəyyənləşdirilməsi üçün geoməkan texnologiyalarının inteqrasiyası: Müasir texnoloji standartlar kontekstində kompleks məlumat bazasının yaradılması - 5000 AZN məbləğində mükafat
• 2-ci yerin qalibi - Xəzər dənizinin Nabran rayonu ərazisindəki sahilyanı meşələrin ekologiyasına təsiri - 3000 AZN məbləğində mükafat
• 3-cü yerin qalibi – Şəhər istilik adalarının (şəhərin ətraf kənd yerlərindən daha yüksək temperaturun yaşandığı əraziləri) xəritələşdirilməsi və təsirlərinin azaldılması üçün CİS texnologiyası və peyk təsvirlərindən istifadə: Bakı şəhəri timsalında - 1500 AZN məbləğində mükafat

Qeyd edək ki, 2014-cü ildən etibarən Azərkosmos Yerin Müşahidəsi üzrə xidmətlərini daim ön planda saxlayır. Peyk texnologiyaları, iqlim dəyişikliyi, resursların idarə edilməsi, biomüxtəlifliyin qorunması, suyun idarəolunması, şəhərsalma və dayanıqlı şəhərlərin yaradılması kimi məsələlərə həll yolları təqdim etməkdə mühüm rol oynayır.

AzVision.az




Teqlər:





Xəbər lenti