Yardımlı sakini qaynını güllələdi

Yardımlı sakini qaynını güllələdi
  03 May 2021    Oxunub:1831
Yardımlı Rayon Polis Şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti