Ağstafada nişan keçirmək istəyənlər saxlanıldı

Ağstafada nişan keçirmək istəyənlər saxlanıldı
  27 Aprel 2021    Oxunub:2031
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az



Teqlər: DİN   Nişan  





Xəbər lenti