Xocavəndə qanunsuz gedənlər həbs edildi

 Xocavəndə qanunsuz gedənlər həbs edildi
  26 Aprel 2021    Oxunub:3749
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan dörd nəfər saxlanılıb.

Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyənləşdirilib.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.

Azvision.az


Teqlər: DİN   Xocavənd  





Xəbər lenti