COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı

COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı
  12 Aprel 2021    Oxunub:1538
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon sakini Arif İsimxanovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

A.İsimxanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğuz   Koronavirus  





Xəbər lenti