Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
  12 Aprel 2021    Oxunub:2541
Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Qeyd edək ki, "Palıdlı Sahil" restoranı keçmiş deputat Hadı Rəcəbliyə məxsusdur.

Azvision.az


Teqlər: DİN   Toy   Hadi-Rəcəbli  





Xəbər lenti