2414 yeni yoluxma qeydə alındı, 36 nəfər vəfat etdi

 2414 yeni yoluxma qeydə alındı,  36 nəfər vəfat etdi
  11 Aprel 2021    Oxunub:3778
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2414 yeni yoluxma faktı qeydə alınıb, 1695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.
Ölkəmizdə indiyədək ümumilikdə 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3915 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 31370 nəfərdir.

Son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti