Goranboyda toy məclisinin qarşısı alındı

Goranboyda toy məclisinin qarşısı alındı
  11 Aprel 2021    Oxunub:6900
Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı qəsəbəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb.

Mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN   Toy   Mərasim  





Xəbər lenti