Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir
  01 Aprel 2021    Oxunub:1929
Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.

Azvision.az


Teqlər: Hava   ETSN   Toz   Duman  





Xəbər lenti