“Yeni məkan”da karantin qaydalarını pozdular

“Yeni məkan”da karantin qaydalarını pozdular
  30 Mart 2021    Oxunub:1693
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Qazma kəndində yerləşən “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib. Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tətib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Balakən   Kafe  





Xəbər lenti