“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz bitdi

  28 Fevral 2021    Oxunub : 2039
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz bitdi
Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun mərkəzi qarşılaşması keçirilib.
Azvision.az xəbər verir ki, turun maraq doğuran görüşü “Stenford Bric” stadionunda baş tutub.

Belə ki, “Çelsi” klubu doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra xal ehtiyatını 50-yə çatdıran “Mançester Yunayted” turnir cədvəlində ikinci sıraya yüksəlib, “Çelsi” isə 44 xalla beşinci yerdə qərarlaşıb.

Azvision.az

Teqlər: MançesterYunayted   Çelsi