Lider uduzdu, “Qalatasaray”dan 3 qolluq qələbə

Lider uduzdu, “Qalatasaray”dan 3 qolluq qələbə
  06 Dekabr 2020    Oxunub:2715
Futbol üzrə Türkiyə Superliqasında XI turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün "Qalatasaray" klubu doğma meydanda "Hatayspor"u qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri rəqib qapısına üç cavabsız qol vurub.

"Qalatasaray"a qələbə qazandıran qollara Mbaye Caqne (32), Pablo (64 - öz qapısına) və Məhəmməd Aktürkoğlu (90+2) imza atıblar.

Günün digər görüşündə "Gənclərbirliyi" komandası lider "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" isə səfərdə "Konyaspor"a (2:0) uduzub.

Bundan başqa, "Göztəpə" - "Kayserispor", "Yeni Malatyaspor" - "Başakşəhər" matçları 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala sahib olan "Qalatasaray" ikinci, 20 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə yer alıb.

Azvision.az


Teqlər: Qalatasaray  





Xəbər lenti