Daha bir Ştat Xocalı soyqırımını tanıdı

Daha bir Ştat Xocalı soyqırımını tanıdı
  11 Fevral 2013    Oxunub:1805
Fevralın 8-də ABŞ-in Arkanzas Ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyıb.
Bu barədə məlumatı Trend Arkanzas Ştatının qanunverici orqanın rəsmi saytına istinadən yayıb. Xəbərə görə, qurum Xocalı hadisəsini soyqırım kimi tanınması barədə qətnamə qəbul edib. Sözü gedən qətnamə layihəsi Jonathan Barnett və Karen Hopper tərəfindən Nümayəndələr palatasının gündəliyinə təqdim olunub.
Sənəddə qeyd olunub ki, 1992-ci ilin 25-26 fevralinda ermənistan silahlı qüvvələri və rus qoşunları Dağlıq Qarabağda Xocalı şəhərinə hücum edib. Bu vaxt Azərbaycan əhalisi kütləvi qırğına məruz qalıb və mindən çox insan öldürülüb. Qətlə yetirilənlərin əksəriyyətinin isə qadın və uşaqların olduğu bildirilir.
Xatırladaq ki, bundan öncə ABŞ-ın bir neçə Ştatı da Xocalı soyqırımını tanıyıb.


Teqlər:  





Xəbər lenti