Nəqliyyat vasitələri ilə 140,6 milyon ton yük daşınıb

  31 Oktyabr 2020    Oxunub : 1741
Nəqliyyat vasitələri ilə 140,6 milyon ton yük daşınıb
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 140,6 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, yüklərin 59,1 faizi avtomobil, 7,7 faizi dəmir yolu, 3,1 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 29,9 faizi isə boru kəməri ilə daşınıb.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 980,2 min ton yük ixrac olunub.

Azvision.az

Teqlər: Nəqliyyat