Azərbaycan şirkətləri ixracı genişləndirir

Azərbaycan şirkətləri ixracı genişləndirir
  25 Avqust 2020    Oxunub:3613
Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” ilə tanıdılması və təşviq edilməsi məqsədilə təşkil olunan dəstək tədbiridir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, 2020-ci ilin əvvəlindən Azərbaycan məhsulları 3 xarici ölkədə keçirilmiş beynəlxalq sərgidə təqdim olunub, azərbaycanlı sahibkarlar və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, 2020-ci ilin fevralın 10-14-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində qida, meyvə emalı, şərab və digər spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay istehsalı və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 14 milyon manat dəyərində müqavilə imzalayıb. İndiyədək bu müqavilələr üzrə 10 milyon manatdan çox məhsul ixrac olunub.

Beynəlxalq sərgilərdə əldə olunmuş nəticələrlə bağlı mütəmadi monitorinq aparılır, məlumatlar ictimaiyyətə təqdim olunur. Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, COVID-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.

Azvision.az


Teqlər: İxrac   Şirkət  





Xəbər lenti