Şamaxıda evdən 25 minlik qızıl oğurlanıb

  15 Avqust 2020    Oxunub : 3541
Şamaxıda evdən 25 minlik qızıl oğurlanıb
Şamaxıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini R.Nağıyev saxlanılıb.

Azvision.az

Teqlər: DIN