FHN zavoddakı yanğınla bağlı yeni məlumat yaydı

FHN zavoddakı yanğınla bağlı yeni məlumat yaydı
  07 Avqust 2020    Oxunub:3274
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, zavodun ümumi sahəsi 1200 m2 olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti