Maliyyə naziri azalmaların məbləğini açıqladı

  Maliyyə naziri azalmaların məbləğini açıqladı
  05 Avqust 2020    Oxunub:2511
İqtisadiyyatda mənfi təsirlərin azaldılması istiqamətində Prezident İlham Əliyev tərəfindən qabaqlayıcı tədbirlərin görülməsinə dair addımlar atılıb.
Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, bütün tədbirlərin əsas qayəsi pandemiya səbəbindən qaçılmaz olan iqtisadi zəifləmə proseslərinin qarşısını almaqdır:

“Vaxtında qəbul edilmiş qərarlar, tədbirlərin icrası ölkə iqtisadiyyatında baş verən neqativ proseslərin dərinləşməsinin qarşısını aldı. Bununla belə, cari ilin ikinci yarısı üçün müəyyən təhlükələr var. Əsasən neft və qeyri-neft sektorundan mədaxilin azalması gözlənilir. Bununla yanaşı, gömrük rüsumları və idxalda ƏDV üzrə 170 milyon manat məbləğində azalma olacaq. Cəmi azalmalar 890 milyon manat məbləğində qiymətləndirilir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Nazir   Samir-Şərifov  





Xəbər lenti