Çində koronavirusa yoluxanların sayı yenidən artıb
101 yeni yoluxmadan 98-i əyalətlərdə, o cümlədən 89 hal Sincan Uyğur Muxtar rayonunda aşkarlanıb, digərləri ölkəyə idxal olunub.
Ümumilikdə Çində 84 060 nəfər koronavirusa yoluxub, 78 944 nəfər sağalıb, 482 xəstə hazırda müalicəsini xəstəxanalarda davam etdirir. Pandemiya qurbanlarının sayı 4634 nəfərdir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin