Naxçıvanda xalçaçılığın inkişafı uğurla davam etdirilir

Naxçıvanda xalçaçılığın inkişafı uğurla davam etdirilir
  28 İyul 2020    Oxunub:3492
2020-ci ilin birinci yarımilində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd Buzxanasında yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 11 xalça toxunub və 6 xalçanın satışı həyata keçirilib, eləcə də 4 ədəd xalçanın toxunuşu davam etdirilib.
Azvision.az xəbər verir ki, Cəmiyyətin Xalq Yaradıcılığı Emalatxanasında cari ilin ötən dövründə 7 müdavim xalçaçılıq kursu keçərək, bədii və texniki iş üsullarını ­öyrənib. Müdavimlərə müvafiq sertifikatlar təqdim olunub. Həmçinin bu işlərin davamı olaraq Ordubad Texniki Peşə və Sürücülük məktəbində 12 müdavim xalçaçılıq kursunu başa vuraraq sertifikatla təltif olunub.

“Evdə qal, xalça toxu” devizi altında onlayn xalça yaradıcılıq müsabiqəsi elan edilməsi muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılmasına səbəb olub.

Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestrinə daxil edilmək üçün cari ilin 6 ayı ərzində 40 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə, xalçaçılıq sənətinin gənc nəsil arasında təbliğ və inkişaf etdirilməsinə, xalça çeşnilərinin bərpasına, əllə toxunan xalçaların ixrac potensialının artırılmasına, eləcə də əhalinin məşğulluğunun təmin edilməsinə böyük təsir göstərib.

Azvision.az


Teqlər: Naxçıvan   Xalçaçılıq  





Xəbər lenti