DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, iyul ayının 25-də Samux RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkar olunub
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Y. Sadıqov çətənə kollarını şəxsi istifadə məqsədilə becərdiyini bildirib.
Azvision.az