​Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

​Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb
  27 İyul 2020    Oxunub:3114
Əfqanıstanın Hilmend əyalətində "Black Hawk" helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə 1TV kanalı məlumat yayıb.

Vilayət qubernatorunun sözçüsü Ömər Zvak bildirib ki, helikopter təcili eniş edib və Əfqanıstan ordusunun iki hərbçisi yaralanıb, digər ekipaj üzvləri sağ qalıb, onların sayı açıqlanmayıb.

Bundan başqa, helikopterin vurulduğu iddia olunur. Hələlik bununla bağlı rəsmi məlumat verilməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   qəza  





Xəbər lenti